Azərbaycan karateçiləri üçün Afina sınağı

17:51 - 6 Yanvar 2023 - Karate

Azərbaycan karateçiləri yanvarın 13-15-də Yunanıstanın paytaxtı Afinada Seriya A turnirinə qatılacaq.

 

Sportarena.az xəbər verir ki, yarışda 10 idmançımız mübarizə aparacaq.

 

Kişilərdən Ramil Baxşəliyev (60 kq), Firdovsi Fərzəliyev (67 kq), Ayxan Mamayev, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq), Tural Ələkbərli və Samir İbrahimov (hər ikisi 75 kq), qadınlardan Fidan Teymurova (50 kq), Renata Ərəbli, Suada Kərimova və Ayla Rzazadə (hamısı 61 kq) turnirdə qüvvəsini sınayacaq.

 

Turnirsə ümumilikdə 73 ölkənin karateçiləri mübarizə aparacaqlar.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin