“Neftçi” günü bir məşqlə başa vurdu

Sportarena.az      7 Yanvar 2023 , 17:12

“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “Gloria Verde Resort” oteldə məskunlaşan komanda bu gün bir məşqə çıxıb.

 

Məşqdə fiziki təmrinlərlə yanaşı, toplu və taktiki çalışmalar da yerinə yetirilib. Hazırlığın sabah iki məşqlə davam etdirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, “ağ-qaralar”ın qardaş ölkədə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin