"NTD" basketbolçuları çempionatın vahid lideridir - FOTOLAR

22:29 7 Yanvar 2023

"Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 12-ci turu çərçivəsində daha iki oyun baş tutdu.

 

Sportarena.az xəbər verir ki, günün ilk görüşü çempionatın liderləri sayılan "Sabah BK" və "NTD BK" komandaları arasında keçirilib.

 

Oyunun sonunda geri dönüş edən "NTD" basketbolçuları rəqibi üzərində 79-75 hesablı qələbə qazanaraq, çempionatın vahid lideri olub.

 

Ən məhsuldar basketbolçular:  "Sabah BK" ( Entoni Patti - 17 xal, 11 ribaund ), "NTD BK" ( Londell King - 30 xal, 16 ribaund ).

 

Günün son oyununda "Neftçi İK" və "Gəncə BK" basketbolçuları üz-üzə gəldilər. Bərabər mübarizə şəraitində davam edən oyunun yekunda, paytaxt klubu rəqibi üzərində 81-78 hesablı qələbə qazandı.

 

Ən məhsuldar basketbolçular: "Neftçi İK" ( David Lomidze - 24 xal, 6 ribaund ), "Gəncə BK" ( Celon Perri - 26 xal, 6 ribaund )

 

 Qeyd edək ki, turun bağlanış oyunu 8 yanvar   saat 15:00 tarixində, Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" və "Olimpik Şəki BK" komandaları arasında keçiriləcək



Digər xəbərlər

Xəbər xətti