“Kubada qalsaydım, ən güclü üç boksçu sırasında yer alardım"

10:58 - 9 Yanvar 2023 - Boks

“Kubada qalsaydım, ən güclü üç boksçu sırasında yer alardım, bəlkə də, bir nömrə olardım”.

 

Sportarena.az xəbər verir ki, bunu “report”a müsahibəsində Azərbaycan millisinin Kuba əsilli boksçusu Alfonso Dominges deyib.

 

2018-ci ildən Azərbaycan yığmasının şərəfini qoruyan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionu ölkəsində bütün boksçuların güclü olduğunu bildirib:

“Kubada hər çəkidə ilk beş boksçu, demək olar ki, eyni səviyyədədir. Onları ayırd eləmək olmur. Ancaq dünya çempionatında Kubanın 86 kq çəki dərəcəsindəki ən güclü boksçusuna yarımfinalda qalib gəlmişdim"

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin