“Neftçi” yeni transferlə müqavilənin detallarını açıqladı

16:09 9 Yanvar 2023

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini rəsmiləşdirib.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Höccət Haqverdi ilə 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı müdafiəçi komandanın heyətində 3 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib, bu mövsümün ilk hissəsini icarə əsasında Təbriz “Traktor”unda keçirib. O, millinin heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub.


Xəbər xətti