"Bir gün hər şeyi izah edəcəm və sizə əslində nə baş verdiyini danışacam" - Kadi

Sportarena.az      16 Yanvar 2023 , 14:45

"Qarabağ"ı "Krasnodar"a dəyişən Kadi Borges instaqram hesabında paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı bunları yazıb:

"Bir gün hər şeyin bitdiyi kimi, bu mərhələ də indi bağlanır. Fikirlərimizi sözlə ifadə etmək istəsəm, sətirlə əskik olacaq. Azərbaycanda yaşadıqlarım indiyə qədər həyatımın ən çılğın və gözəl şeylərindən biri idi.

Forma geyindiyim müddətdə mənə hər şey verən, yanımda olan oyunçulara və məşqçilər heyətinə ürəkdən təşəkkür edirəm. "Qarabağ"a nə qədər təşəkkür etsəm, azdır. Hər birinizə Kadini yeni bir Kadiyə çevirdiyiniz üçün minnətdaram. Klubda etdiyim hər şeyə, 74 oyun, 28 qol, 28 məhsuldar ötürmə, liqa çempionluğu, kubok çempionu, ən yaxşı bombardir və ən yaxşı oyunçu kimi klubdan ayrılıram. Başımı dik tutumuşam.

Təsəvvür etmədiyim dərəcədə məni qucaqlayan fanatlara xüsusi təşəkkür edirəm. Həyatımda bənzərsiz bir yeriniz oldu. İndi yeni çağırışa başlayıram. Şükür edirəm. Tanrısız bunların mümkün olmadığına əminəm. "Qarabağa", oyunçulara, məşqçilərə və azarkeşlərə sevgi və sonsuz ehtiramımı bildirirəm. Yenidən görüşmək ümidi ilə".
 

Borqes "Qarabağ"dan gedişinin səbəbləri barədə mətbuatda çıxan xəbərlərə də reaksiya verib: 

"Getməyimlə bağlı mediada çıxan hər şeyə inanmayın. Bunların heç biri həqiqəti demir. Bir gün hər şeyi izah edəcəm və sizə əslində nə baş verdiyini danışacam".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin