Azərbaycan Voleybol çempionatı: Növbəti turun proqramı açıqlanıb

12:45 - 23 Yanvar 2023 - Voleybol

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, birinci dövrənin son oyunları yanvarın 24-də baş tutacaq.

 

Günün ilk qarşılaşmasında “Murov”la “Azərreyl” üz-üzə gələcək. Matç saat 12:00-da başlanacaq.

 

3-cü tura UNEC - “Abşeron” dueli ilə yekun vurulacaq. Oyun saat 18:00-da start götürəcək. Hər iki görüş Voleybol Mərkəzində gerçəkləşəcək.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin