“Komandamızda heyətin geniş olmasını istəsəm də, yenilik yoxdur" - Elmar Baxşıyev

Sportarena.az      24 Yanvar 2023 , 16:36

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Kəpəz”lə Azərbaycan Premyer Liqasının 19-cu tur oyunundan sonra (2:2) fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi mətbuat konfransında komandasının heyətinin geniş olmasını istədiyini deyib:

“Komandamızda heyətin geniş olmasını istəyirəm. Amma transfer məsələsində heç bir yenilik yoxdur.

Bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuzun ağır olacağını bilirdik. “Kəpəz” də yaxşı təşkilatlanmış, heyətində maraqlı futbolçuları olan komandadır. Birinci hissədə oyun istədiyimiz kimi alınmadı. Qapımıza təyin olunan ilk penaltidən sonra matçın ritmini itirdik. Ancaq xarakter nümayiş etdirdik və ikinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim. İnamlı mübarizəyə görə hər iki komandaya alqış düşür”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin