Türkiyə kuboku: "Qalatasaray" və "Başakşəhər" rəqib oldu

17:16 24 Yanvar 2023

Futbol üzrə Türkiyə kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkatmadan sonra bütün cütlüklər məlum olub.

 

Püşk “Fənərbaxça”nı “Kayserispor”a, “Qalatasaray”ı isə “Başakşəhər”ə rəqib edib.

 

1/4 final oyunları fevralın 28-dən martın 2-dək keçiriləcək. Yarımfinalın ilk oyunları isə aprelin 4-6-da, cavab görüşləri ayın 25-27-də olacaq.

 

Türkiyə kubokunda ev-səfər oyunu yarımfinallardan başlayır.

 

Türkiyə kuboku

1/4 final mərhələsi

1. Fənərbaxça – Kayserispor

2. Sivasspor – Qaziantep

3. Ankaragücü – Trabzonspor

4. Qalatasaray – Başakşəhər

 

Yarımfinal

2-ci cütün qalibi – 1-ci cütün qalibi

4-cü cütün qalibi – 3-cü cütün qalibi


Digər xəbərlər

Xəbər xətti