"Qarabağ" "Fənərbaxça"nın sabiq futbolçusunu transfer etdi - RƏSMİ

22:29 - 26 Yanvar 2023 - Premyer Liqa

"Qarabağ" növbəti transferini həyata keçirib.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Yassin Benzianı heyətinə qatıb.
 

Əlcəzair millisinin üzvünün son klubu "Dijon" olub.

 

Hücumameyilli yarımmüdafiəçi ilə 2025-ci ilin iyunun 30-dək müqavilə imzalanıb.
 

 Qeyd edək ki, o, "Lion", "Lill", "Fənərbaxça", "Hatayspor" klublarında oynayıb. Benzia yeni komandasında 7 nömrəli futbolkanı geyinəcək.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin