Polşa – Azərbaycan matçının yeri açıqlandı

13:44 28 Yanvar 2023

Futzal üzrə Azərbaycan millisinin 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa ilə səfər oyununun məkanı məlum olub.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq. Bu, 6-cı qrupun sonuncu qarşılaşması olacaq.

 

Martın 7-də keçiriləcək oyunun başlama saatı açıqlanmayıb. Buna qədər Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

 

Əsas mərhələdə artıq 2 oyun keçirən Azərbaycan millisi maksimum xalla turnir cədvəlində liderdir. Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv 2022-ci ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə məğlub edib.

 

Polşa yığması 3 oyun keçirib. Yunanıstanı hər iki dueldə məğlub edən polşalılar yeganə məğlubiyyəti Azərbaycandan alıb. Polşa – Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından vacib qarşılaşma sayılır. Həmin dueldə Azərbaycan millisinə heç-heçə də sərf edəcək.


Digər xəbərlər

Xəbər xətti