"Qalatasaray" yeni müdafiəçi transfer edir

14:54 - 28 Yanvar 2023 - Türkiyə

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Reyms"in futbolçusu Endryu Qravillonu transfer edəcək. Fransa klubu "sarı-qırmızılar"ın 24 yaşlı mərkəz müdafiəçisi üçün göndərdiyi 3,5 milyon avroluq təklifi qəbul edib. "Qalatasaray" futbolçunun özü ilə müqavilə şərtlərini müzakirə edir.

 

Qeyd edək ki, "Reyms" Endryu Qravillonu mövsümün əvvəlində İtaliya "İnter"indən transfer edib. Qvadelupalı futbolçu komndanın heyətində 15 rəsmi matçda meydana çıxıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin