"Bayern" yenə qalib gələ bilmədi - VİDEO

10:28 - 29 Yanvar 2023 - Almaniya

Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün 6 qarşılaşma baş tutub.

 

“Frayburq” evdə “Auqsburq”a, “Maynts” “Bohum”a, “Verder” isə “Volfsburq”a qalib gəlib. “Herta” “Union Berlin”ə, “Hoffenhaym” isə Mönhenqladbax “Borussiya”sına məğlub olub. Lider “Bayern” isə “Ayntraxt”la ev oyununda növnəti xal itkisi ilə üzləşib.

 

Almaniya Bundesliqası

18-ci tur

28 yanvar

Frayburq – Auqsburq 3:1

Qol: Qreqoriç, 13. Holer, 30. Linhart, 85 – Berişa, 29-pen.

 

Herta – Union Berlin 0:2

Qol: Duxi, 44. Sequin, 67.

 

Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:4

Qol: Bebu, 80 – Hofmann, 12; 37. Ştindl, 83. Volf, 90+1.

 

Maynts – Bohum 5:2

Qol: Li, 1. Vidmer, 17. Onisivo, 28; 57; 87 – Kunde, 70. Maşoviç, 72.

 

Verder – Volfsburq 2:1

Qol: Fullkruq, 24-pen; 77.

 

Bayern – Ayntraxt 1:1

Qol: Sane, 34 – Muani, 69.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin