Dmitri Nazarovun komandası evdə xal itirdi

10:38 - 29 Yanvar 2023 - Xarici

Futbol üzrə Almaniya 3-cü liqasında 20-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Frayburq”un ikinci komandası qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

 

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Ersgebirge” hazırda 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin