"Loryan"an 8 milyon avroluq transfer

13:39 - 29 Yanvar 2023 - Fransa

Fransanın “Loryan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Seneqal yığmasının və “Marsel”in hücumçusu Bamba Dyenqi transfer edib.

 

22 yaşlı forvard yeni klubu ilə 2,5 + 2 illik müqaviləyə imza atıb. “Loryan” bu transferə görə Marsel təmsilçisinə 8 milyon avro ödəyib.

 

“Marsel” Bambanı 2021-ci ildə Seneqalın “Diambars” klubundan 400 min avro qarşılığında transfer etmişdi. Hücumçu bu komandada meydana çıxdığı 54 oyunda 11 qol vurub. O, Seneqal yığmasında da 17 oyunda 2 dəfə fərqlənib.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin