Azərbaycan karateçilərindən Premyer Liqada üç medal

17:19 - 29 Yanvar 2023 - Karate

Azərbaycanın karateçiləri Misirin paytaxtı Qahirədə keçirilən Premyer Liqa turnirində üç bürünc medal qazanıblar.

 

Sportarena.az xəbər verir ki, turnirin üçüncü – sonuncu günündə təmsilçilərimizdən Mədinə Sadıqova (55 kq), Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) öz döyüşlərində qalib gələrək üçüncü yeri tutublar.

 

Əminağa Quliyev (60 kq) isə məğlub olaraq beşinciliklə kifayətlənib.

 

Xatırladaq ki, bu bu gün həmçinin İrina Zaretska (68 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84) da “bürünc” uğrunda tatami üzərinə çıxacaqlar.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin