“Qarabağ”ın rəqibi səfərdən xalsız qayıtdı

22:43 - 29 Yanvar 2023 - Xarici

Futbol üzrə Belçika çempionatında 23-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.

 

Sözügedən komanda səfərdə “Serkl Brügge” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi beş qolun qeydə alındığı bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

 

“Gent” hazırda 38 xalla 4-cü pillədə qərarlaşıb.

 

“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin