PSJ yenə xal itirdi - VİDEO

09:44 - 30 Yanvar 2023 - Fransa

Fransa çempionatında 20-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

 

“Klermon” – “Nant” matçı qolsuz bitib. “Nitsa” “Lill”i, “Brest” “Anje”ni məğlub yola salıb. “Oser” evdə “Monpelye”yə, “Strasburq” isə “Tuluza”ya məğlub olub. Səfərdə “Ayaçço” ilə qarşılaşan Lion “Olimpik”i turu qələbə ilə başa vurub. PSJ isə doğma meydanda “Reyms”lə oyunda qələbəni son anda əldən verib.

 

20 turdan sonra 48 xala malik PSJ vahid liderdir. “Lans” 45 xalla ikinci, Marsel “Olimpik”i 43 xalla üçüncüdür.

 

Fransa, Liqa 1

20-ci tur

29 yanvar

Nitsa – Lill 1:0

Qol: Labord, 34.

 

Oser – Monpelye 0:2

Qol: Mavididi, 62; 80

 

Brest – Anje 4:0

Qol: Le Duaron, 14. Munye, 34. Honorat, 60. Melu, 84.

 

Klermon – Nant 0:0

 

Strasburq – Tuluza 1:2

Qol: Qameyro, 20 – Dallinqa, 25; 51.

 

Ayaçço – Olimpik (Lion) 0:2

Qol: Lepenant, 20. Lakazett, 71.

 

PSJ – Reyms 1:1

Qol: Neymar, 51 – Baloqun, 90+6.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin