Krivotsyukun komandası yeni ilə məğlubiyyətlə başladı

09:52 - 30 Yanvar 2023 - Xarici

Futbol üzrə Polşa çempionatında 18-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv 2023-cü ildəki ilk matçında “Lexiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

 

Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Visla” 18 turdan sonra 28 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin