Kipr təmsilçisi “Qarabağ”ın təklifini rədd edib

10:37 - 30 Yanvar 2023 - Premyer Liqa

“Qarabağ”ın braziliyalı qapıçı Vana Alves üçün təklifi rədd edilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “themasports.tothemaonline.com” saytı məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan çempionu Kiprin “Aris” klubunun qolkiperinin transferi üçün qarşı tərəfə cəlbedici təklif göndərib. Lakin Limassol təmsilçisi bunu qəbul etməyib. 32 yaşlı futbolçu “Qarabağ” da daxil olmaqla, bir neçə klubun maraq dairəsindədir.

 

Qeyd edək ki, 2021-ci ildən “Aris”in formasını geyinən Vana Alves karyerası ərzində “Koritiba” (Braziliya) və “Portu” (Portuqaliya) kimi klublarda çıxış edib.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin