IOC Rusiya idmançılarının neytral statusda çıxış konsepsiyasını müsbət qiymətləndirib

11:49 - 30 Yanvar 2023 - Olimpiya

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Rusiya və Belarus idmançılarının yarışlarda neytral statusda çıxış konsepsiyasını müsbət qiymətləndirib.

 

Sportarena.az IOC-un rəsmi saytına istinadən xəbər verir ki, qurum bunun Olimpiya Xartiyasına uyğun olduğunu bildirib.

 

Komitə konsepsiyanın "Avstraliya Açıq" çempionatında tennisçilərin çıxışında öz əksini tapdığını vurğulayıb:

"Müzakirə olunan məsələ olimpiya hərəkatının böyük əksəriyyəti tərəfindən dəstəklənir. Tennisçilər "Avstraliya Açıq"da ölkələrinin adları göstərilmədən, neytral bayraq altında, fərdi idmançılar kimi mübarizə apardılar. Bu konsepsiya yaxşı qurulub, velosipeddə idmanında və Şimali Amerika, həmçinin Avropada bir sıra peşəkar liqalarda istifadə olunur".

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin