"Yuventus"un 93 illik seriyasını "Montsa" qırdı

12:49 30 Yanvar 2023

İtaliya A Seriyasının 20-ci turunda “Yuventus” doğma meydanda “Montsa”ya məğlub olub.

 

Sportarena.az xəbər verir ki, A Seriyasında bu mövsümdən etibarən mübarizə aparan “Montsa” bu qələbə ilə 93 il sonra bir ilkə imza atıb.

 

Belə ki, sözügedən komanda son 93 ildə Turin komandasına qarşı keçirdiyi ilk iki matçdan qələbə ilə ayrılan yeganə kollektivdir. Bunu sonuncu dəfə 1930-cu ildə “İnter” bacarmışdı.

 

Qeyd edək ki, “Yuventus” ilk dövrədə “Montsa”ya səfərdə də 0:1 hesabıyla uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti