Azərbaycan Yüksək Liqası: Şuşa klubu "Neftçi"ni darmadağın etdi

19:43 31 Yanvar 2023

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, Voleybol Mərkəzində “Neftçi” və “Xarı bülbül” komandaları üz-üzə gəliblər. Görüş Şuşa klubunun 3:0 (25:21, 25:23, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

 

Turun və I dövrənin son matçından sonra “Murov” 9 xalla turnir cədvəlinə liderlik edir. "Xarı bülbül” 6 xalla 2-ci, hesabında 3 xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.


Digər xəbərlər

Xəbər xətti