Dünya reytinqi: Hidayət Heydərovla Səid Mollayi ilk “üçlük”də

11:35 1 Fevral 2023

Beynəlxalq Cüdo Federasiyası (IJF) Azərbaycan millisinin bir gümüş medal qazandığı Portuqaliya Qran Prisindən sonra yeni ilin ilk reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Almadada ölkəmizə yeganə medalı qazandıran və bununla aktivinə 490 xal yazdıran Elcan Hacıyev (81 kq) reytinq cədvəlində 4 pillə irəliləyərək hazırda 18-ci sırada qərarlaşıb. Səid Mollayi isə eyni çəkidə əvvəlki kimi üçüncü yerdədir.

 

Turniri buraxan Balabəy Ağayev (60 kq) iki sıra geriləyərək altıncı, eyni çəkidəki Kəramət Hüseynov isə onuncudur.

 

66 kq çəki dərəcəsində Yaşar Nəcəfov bir pillə irəliləyərək 17-ci yerdədir. Orxan Səfərov isə ilk “onluq”dan düşərək 11-ci pillədə qərarlaşıb.

 

73 kq çəki dərəcəsində Hidayət Heydərov hələ də ikinci, Rüstəm Orucov isə 18-cidir.

 

Məmmədəli Mehdiyev (90 kq) daha bir pillə itirib. O, indi altıncıdır.

 

Zelim Kotsoev ilk “üçlüy”ə düşüb. Eyni çəkidəki Elmar Qasımov bir pillə irəliləyib (18-ci yer).

 

Uşanqi Kokaurinin mövqeyində (+100 kq) dəyişiklik yoxdur. Ağır çəkili idmançı 11-ci yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti