Yüksək Liqa: “Murov” “Neftçi”yə qalib gəlib

19:45 - 2 Fevral 2023 - Voleybol

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə start verilib.

 

Sportarena.az xəbər verir ki, IV turun ilk oyunu keçirilib.

 

Lider “Murov” “Neftçi” ilə görüşdə də büdrəməyib. “Neftçi”nin gücü yalnız bir set qazanmağa çatıb. Yekunda “Murov” rəqibini 3:1 (25:22, 25:22, 16:25, 25:21) hesabı ilə məğlubiyyətə uğradıb.

 

Bu qalibiyyət sayəsində komanda xallarının sayını 12-yə çatdırıb.

 

Qeyd edək ki, tura MOİK - “Xarı bülbül” görüşü ilə yekun vurulacaq.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin