Sadio Mane PSJ-yə qarşı oynamayacaq

17:42 3 Fevral 2023

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsman bildirib ki, Sadio Mane Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə qarşı keçiriləcək ilk oyunu buraxacaq.

 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis seneqallının meydana çıxmayacağı barədə bunları deyib:

"Onun fevralın ortalarında və ya sonunda qayıdacağını gözləyirəm. Hər şey yaxşı görünür. Lakin o, PSJ ilə ilk oyunu buraxacaq".

 

Noyabrın 8-də Almaniya çempionatının "Verder”lə (6:1)görüşündə zədələnmiş afrikalı Qətərdəki mundialda da iştirak etməmişdi. 

 

Qeyd edək ki, bu matç fevralın 14-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti