Qaret Beylin qolf karyerası başlayıb

18:18 - 3 Fevral 2023 - Maraqlı

Uels millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Qaret Beylin qolf karyerası başlayıb.

 

Sportarena.az xəbər verir ki, veteran hücumçu bu idman növündə ilk addımını "AT-T Pebble Beach Pro-Am" turnirinə qatılmaqla atıb.

 

Həvəskar qolfçular arasında təşkil olunan yarışın ilk turundan sonra açıqlama verən tanınmış futbolçu bunun tamamilə fərqli hiss olduğunu bildirib.

 

Qeyd edək ki, Qaret Beyl "Real Madrid"lə yanaşı, İngiltərədə "Tottenhem" və ABŞ-da "Los-Anceles" komandalarının da formasını geyinib.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin