Yüksək Liqa: Növbəti oyunların vaxtı dəqiqləşdi

14:15 4 Fevral 2023

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, qadınlar arasında Yüksək Liqada II dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək

 

V turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Murov” və UNEC kollektivlərinin dueli baş tutacaq.

 

Fevralın 7-də kişilər arasında Yüksək Liqada V turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” - “Neftçi” qarşılaşması keçiriləcək.

 

Qeyd edək ki, görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti