"Messi anadangəlmə liderdi" - Qalte

21:22 4 Fevral 2023

PSJ-nin baş məşqçisi Kristof Qalte Lionel Messi haqda danışıb.

 

Sportarena.az “GFFN”-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunu anadangəlmə lider adlandırıb:

“Təslim olduğumu düşünürsünüzsə, yanılırsız. Oyunçuların çox səy göstərmədiyini düşünürsünüzsə, o da elə deyil. Komandada yaradıcı oyunçularımız çoxdur. Kilian Mbappe və Serxio Ramosun zədələnməsindən sonra oyunu ələ keçirə bilən Messimiz var. O, anadangəlmə liderdir”.

 

Xatırladaq ki, hücumçu Kilian Mbappe və müdafiəçi Serxio Ramos Fransa çempionatının 21-ci turunun “Monpelye” ilə görüşündə (3:1) zədələniblər. Fransalı 21-ci dəqiqədə, ispaniyalı futbolçu isə 32-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, Messi cari mövsümdə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 23 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti