Renatlı “Qrasshopper”dən “Bazel” üzərində qələbə

00:21 - 5 Fevral 2023 - Xarici

Futbol üzrə İsveçrə çempionatında 19-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Bazel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

 

Renat da bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.

 

“Qrasshopper” 19 turdan sonra 24 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin