Azərbaycan çempionatı: Son çempion məğlubiyyətlə başladı

09:23 5 Fevral 2023

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, birinci yarış günü məhsuldar alınıb. Belə ki, açılış turunda heç-heçə qeydə alınmayıb.

 

Birinci tur reytinq favorit olan Gövhər Beydullayevanın məğlubiyyəti ilə yadda qalıb. Qara fiqurlarla oynayan son çempion Xanım Balacayevaya uduzub.

 

Nərmin Abdinova ağ fiqurlarla mübarizə aparan Səbinə İbrahimovaya qalib gəlib. Təcrübəli Zeynəb Məmmədyarova da çempionata qələbəylə başlayıb. Ağ fiqurlarla yarışan Məmmədyarova Gülnar Məmmədovadan üstün olub. Zeynəbin bacısı Türkan Məmmədyarova ötən çempionatın sürprizi sayılan Ləman Hacıyevanı məğlub edib. Qara fiqurlarla oynayan Xəyallə Abdulla isə ilk turda Ayan Allahverdiyevaya uduzub.

 

Nurtan Nuriyeva ilk turda istirahət edib.

 

Azərbaycan çempionatının ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb.


Xəbər xətti