“O, “Vest Hem”i tərk etsə, rekord transfer kimi yadda qalacaq” – Moyes

17:24 5 Fevral 2023

“Vest Hem”in baş məşqçisi Devid Moyes İngiltərə Premyer Liqasının 22-ci turunun “Nyukasl”la matçını (1:1) dəyərləndirib.

 

Sportarena.az “The Independent”-ə istinadən xəbər verir ki, o, Deklan Raysın oyununu şərh edib:

“Əlavə söz deməyə ehtiyac var? Məncə, özünüz hər şeyi aydın görürsüz. O, birinci hissədə yüksək səviyyədə çıxış etdi. Həqiqətən, bunu etdi. Şübhəsiz ki, Deklan yüksək səviyyəli oyunçu olacaq. O, “Vest Hem”i tərk etsə, rekord transfer kimi yadda qalacaq”.

 

Qeyd edək ki, 24 yaşlı ingiltərəli futbolçu 2017-ci ildən “Vest Hem”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Rays 2022/23 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib.

“Vest Hem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 19 xalla 16-cı, “Nyukasl” isə 40 xalla 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti