"Qəbələ" onunla razılaşdı

19:43 5 Fevral 2023

“Qəbələ”nin Mərakeş əsilli belçikalı futbolçu Ayyub Allaş ilə razılaşdığı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 21-ci turunda "Zirə" ilə matçdan (2:2) sonra açıqlamasında bildirib. O,25 yaşlı yarımmüdafiəçinin karyerasını əyalət təmsilçisində davam etdirəcəyini deyib:

“Bəli, onunla razılaşmışıq. Allaş ötən ilin yayından bəyəndiyim futbolçudur. İnanıram ki, çıxışı ilə komandamıza əlavə rəng qatacaq”.

 

Qeyd edək ki, Ayyub Allaşın son klubu Belçika təmsilçisi “Virton” olub.


Xəbər xətti