“Milan” antirekordu təkrarladı

10:26 - 6 Fevral 2023 - İtaliya

“Milan” altı ildən sonra antirekordu təkrarlayıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” ardıcıl 4 oyunun hamısında məğlub olub.

 

Stefano Piolinin çalışdırdığı komanda iki dəfə “İnter”ə, hərəsi bir dəfə olmaqla “Sassuolo” və “Latsio”ya uduzub.

 

Bu, 2017-ci ilin yanvar-fevral aylarında da yaşanıb. Həmin vaxt son ölkə çempionunun baş məşqçisi Vinçentso Montella olub.

 

“Milan” A Seriyasının 21-ci turunda “İnter”ə 0:1 hesabı ilə uduzub. Komanda hazırda 38 xalla 6-cı pillədədir.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin