“Turan Tovuz” "Şamaxı"nı məğlub etdi, “Sabah” "Səbail"i darmadağın edib– YENİLƏNİB + VİDEO

19:56 6 Fevral 2023

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, tutun son oyun günündə iki qarşılaşma baş tutub.

 

Günün ilk matçı Şamaxıda baş tutub. Burada yerli "Şamaxı" "Turan Tovuz"u qəbul edib. Matç Tovuz təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.

 

Tura Masazırda yekun vurulub. Qarşılaşmada meydan sahibi "Sabah" "Səbail" darmadağın edib - 4:0.

 

Azərbaycan Premyer Liqas

21-ci tur

6 fevral 

“Şamaxı” 0:1 “Turan Tovuz” (yekun)

Qol: Tərlan Quliyev, 54

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

Şamaxı şəhər stadionu

 

 

“Sabah” 4:0 “Səbail” (yekun)

Qol: Mikels 4, Volkov 10, 31, E.Apeh, 83.

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov

“Bank Respublika Arena”


Digər xəbərlər

Xəbər xətti