Qətər milli komandasında yeni baş məşqçi

10:42 7 Fevral 2023

Karluş Keyruşun yeni iş yeri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Qətər milli komandasının baş məşqçisi təyin olunub.

 

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Onunla 2026-cı ilə kimi müqavilə imzalanıb.

 

Keyruş dünya çempionatından sonra vəsifəsindən ayrılan Feliks Sançesi əvəzləyib. 69 yaşlı Keyruşun son iş yeri isə İran yığması olub. O da Qətərdə keçirilən mundialda İran millisinə rəhbərlik edirdi. Keyruş əvəllər Misir, Kolumbiya, Portuqaliya, CAR və BƏƏ yığmalarında da rəhbərlik edib.


Xəbər xətti