“Haland səhv komanda seçib”

14:58 7 Fevral 2023

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager “Mançester Siti”nin hücumçusu Erliq Haland barədə fikirlərini bildirib.

 

Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, gənc hücumçunun potensialını tam ortaya qoya bilmədiyini dilə gətirib:

“O, bu mövsüm İngiltərədə qollarını vuranda hiss etdim ki, biz Halandın potensialının yalnız 60 faizini görürük. Məncə, o, səhv komanda seçib.

Hazırda norveçli Premyer Liqada 25 qol vurub. “Mançester Siti” komanda olaraq daha çox qol vurur, amma qollar da buraxır. Pep Qvardiolanın oyunçularının 1-ci dəqiqədən sona qədər oynamaq üçün nə enerjisi, nə gücü, nə də sürəti var. Haland yenə də qollar vuracaq. Lakin tam potensialını hələ ortaya qoya bilmir”.

 

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm “şəhərlilər”in heyətində İngiltərə çempionatında 19 oyuna çıxıb, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti