FIBA: “Türkiyə oyunların təxirə salınmasını istəməyib”

16:49 - 7 Fevral 2023 - Və digər

Türkiyənin “Qaziantep” basketbol komandası Avropa kuboku oyununun təxirə salınmasını istəməyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi “tvitter” hesabı məlumat yayıb.

 

Qurum öncədən ölkədəki zəlzələ ilə əlaqədar Türkiyə təmsilçilərinin matçlarının təxirə salındığını bildirmişdi.

 

“Qaziantep” K qrupunun 6-cı turunda fevralın 8-də Almaniyada “Crailsheim Merlins”in qonağı olacaq. Komanda beş oyundan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin