Klopp və Qvardiolanı paxıllıqda ittiham etdi

16:57 7 Fevral 2023

“Çelsi”nin baş məşqçisi Qrem Potter London klubunun transfer siyasəti haqda danışıb.

 

Sportarena.az “The Sun”a istinadən xəbər verir ki, o, həmkarları – “Liverpul”un çalışdırıcısı Yurgen Klopp və “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın “zadəganlar”ın cari mövsümdəki xərcləri barədə fikirlərini şərh edib:

“Paxıllıq pisdir. Heç vaxt heç kimə paxıllıq etməmişəm. Maksimum işləməyə çalışmışam. Yaxşı olar ki, indiki nailiyyətlərinizlə keçmişdə qazandığınız uğurları müqayisə edəsiz. Başqaları haqda düşünməyin. Çünki cari vəziyyətin necə olduğunu bilmirsiz. Hər şey qaydasındadır. Bütün məşqçilər mənim yerimdə olmaq istəyərdi”.

 

London təmsilçisi qış transfer pəncərəsində 392.5 milyon avro xərcləyib. “Benfika”nın argentinalı yarımmüdafiəçisi Enzo Fernandesin “Çelsi”yə keçidi İngiltərə futbolu tarixində ən bahalı transfer olub (121 milyon avro).

 

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqanın turnir cədvəlində 30 xalla 9-cu pillədə qərarlaşıb


Digər xəbərlər

Xəbər xətti