Bütün liqalarda zəlzələ qurbanlarının xatirəsi yad ediləcək

17:05 - 7 Fevral 2023 - Və digər

Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi feysbuk səhifəsində paylaşım edilib.

 

"Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!", - postda qeyd olunub.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycan Premyer Liqasında XXI turun "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçlarında zəlzələ qurbanlarının xatirəsi yad olunub.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin