“Gent” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

21:04 7 Fevral 2023

Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikada keçiriləcək “Gent” – “Qarabağ” matçının biletləri satışa çıxarıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Belçka klubunun rəsmi saytı məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, ən ucuz biletin qiyməti 5 avro təşkil edir. Ən bahalı bilet isə 35 avrodur.

 

Fevralın 23-də “Gelamko Arena”da baş tutacaq bu qarşılaşmaya saat 00:00-da start veriləcək. Bu komandalar arasındakı ilk görüş isə fevralın 16-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Xəbər xətti