“İnanılmaz oyunçu, azarkeşlərin sevimlisi”

21:42 7 Fevral 2023

Braziliyalı keçmiş yarımmüdafiəçi Ronaldinyo argentinalı hücumçu Lionel Messinin DÇ-2022-də qazandığı çempionluqdan danışıb.

 

Sportarena.az “sport.es”-ə istinadən xəbər verir ki, o, cənubi amerikalı forvardı inanılmaz oyunçu adlandırıb:

“Leonun DÇ-2022-də qazandığı uğura görə sevinirəm. Bu, onun böyük karyerasında çatışmayan yeganə kubok idi. Həmin qələbədən sonra o, öz oyun üslubu ilə azarkeşləri sevindirməyi bacarıb. İnanılmaz oyunçudur. Həm də azarkeşlərin sevimlisidir”.

 

Xatırladaq ki, Argentina – Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) argentinalılar 3-cü dəfə dünya çempionu olublar.

 

Lionel Messi Qətərdəki dünya çempionatında Fransaya qarşı keçirdikləri final matçının ən yaxşı futbolçusu seçilib.

 

Qeyd edək ki, 0, 2022/23 mövsümündə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla, 24 oyuna çıxıb, 15 qol vurub və 14 məhsuldar ötürmə edib.


Xəbər xətti