Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda gümüş medal qazanıb

19:21 12 Fevral 2023

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddəki Dünya Kubokunda gümüş medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, yığma finalda Bolqarıstan seçməsinə 40:45 hesabı ilə uduzub.

 

Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ilk görüşdə Kanada millisinə 45:38 hesabı ilə qalib gəlmişdi.

 

Komanda 1/4 finalda Fransanı 45:44, yarımfinalda Macarıstanı 45:37 hesabı ilə üstələyib.


Xəbər xətti