Konfrans Liqası: Son 3 mərhələnin püşkatma mərasimi keçiriləcək

11:11 17 Mart 2023

Bu gün UEFA Konfrans Liqasında cari mövsümün sonuncu püşkü atılacaq.

 

Sportarena.az xəbər evrir ki, Avropa futbol qurumunun Nyondakı mənzil-qərargahında keçiriləcək mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Tədbirdə 1/4 və 1/2 final cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olacaq.

 

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-birilə rəqib ola biləcək.

 

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

 

Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

 

UEFA Konfrans Liqası
 

1/4 final

"Anderlext" (Belçika)

"AZ Alkmaar"

"Bazel" (İsveçrə)

"Fiorentina" (İtaliya)

"Nitsa" (Fransa)

"Vest Hem" (İngiltərə)

"Gent" (Belçika)

"Lex" (Polşa)


Digər xəbərlər

Xəbər xətti