Konfrans Liqası: 1/4 finalın püşkü atıldı

17:21 17 Mart 2023

Avropa Konfrans Liqasının cari mövsümündə sonuncu püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan mərasimə Bakı vaxtı ilə saat 17:00-da start verilib.

 

Tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olub. Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-birilə rəqib ola bilərdi.

 

1/4 finalın ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də baş tutacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı  “Eden Arena”da keçiriləcək.

 

Püşkatmanın nəticələri belədir:

 

1/4 final

1. Lex (Polşa) – Fiorentina (İtaliya)

2. Gent (Belçika) – Vest Hem (İngiltərə)

3. Alkmaar (Niderland) – Anderlext (Belçika)

4. Bazel (İsveçrə) – Nitsa (Fransa)

 

Yarımfinal
A. 1-ci cütün qalibi – 4-cü cütün qalibi

B. 2-ci cütün qalibi – 3-cü cütün qalibi

 

Final

A cütünün qalibi – B cütünün qalibi


Digər xəbərlər

Xəbər xətti