Sadıqovlu “Ximki” yenə uduzdu

09:43 21 Mart 2023

Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular – İlya Sadıqov və Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Rostov”la qarşılaşıb və 0:1 hesablı məğlubiyyətə üzülüb. Sadıqov bu matçın start heyətdə meydana çıxıb və 32-ci dəqiqədə əvəzlənib. Baş məşqçi Spartak Qoqniyevlə ciddi problemləri olan Quliyevin adı isə oyunun iştirak ərizəsinə də daxil edilməyib.

 

“Ximki” 20 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.


Xəbər xətti