İtkin düşən britaniyalı idmançının 14 aydan sonra meyiti tapılıb

10:26 21 Mart 2023

İtkin düşən böyük britaniyalı reqbiçi Brin Harqrivzin 14 aydan sonra meyiti tapılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə idmançının böyük qardaşı sosial şəbəkə hesabında paylaşım edib.

 

O, Harqrivzin ölüm səbəbinin məlum olmadığını yazıb və qardaşının axtarışlarında iştirak edən insanlara təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Brin Harqrivz Böyük Britaniya Super Liqasında "Uiqan", "Sent-Helens" və "Bredford" kimi komandaların formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti