Premyer Liqa klubu 75 yaşlı mütəxəssisə tapşırılır

15:26 21 Mart 2023

“Kristal Pelas” Roy Hocsonu yenidən komandanın baş məşqçisi təyin edəcək.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, klub təyinatı reallaşdırmaq üçün sənədlərin hazırlanması işinə start verib.

 

Hocson artıq şərtləri qəbul edib. Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulacaq.

 

75 yaşlı mütəxəssis 1976-cı ildə məşqçilik karyerasına başlayıb. O, 2017-2021-ci illərdə də London komandasının “sükanı arxasında” olub.

 

“Kristal Pelas” martın 17-də baş məşqçi Patrik Vieyra ilə vidalaşdığını elan edib. Vieyra 2021-ci ilin yayından Premyer Liqa təmsilçisini çalışdırırdı.

 

“Kristal Pelas” hazırda İngiltərə çempionatının turnir cədvəlində 27 xalla 12-ci sırada yer alır.


Digər xəbərlər

Xəbər xətti