“Ağla, “Real!”

18:26 21 Mart 2023

Argentina milli komandasının və “Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero İspaniya La Liqasının 26-cı turunun “Barselona” – “Real” (2:1) matçını şərh edib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “el klasiko”nun əsas vaxtının sonuna əlavə edilən dəqiqədə (92-ci dəqiqə, Frank Kessye), Kataloniya təmsilçisinin qələbə qolundan sonra canlı yayımda qışqırıb və aşağıdakı sözləri deyib:

“Ağla, “Real!”

 

Qeyd edək ki, “Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlində 68 xalla birincidir. “Kral klubu” isə 56 xalla ikincidir.

Aquero 2021-ci ilin dekabrında ürəyindəki problemə görə karyerasını bitirib. Onun sonuncu klubu “Barselona” olub.


Digər xəbərlər

Xəbər xətti