İbrahimoviç gələcəyi haqda danışdı: "Futbol oynamağa davam edəcəyəm"

22:16 21 Mart 2023

İsveç milli komandasına dəvət olunan Zlatan İbrahimoviç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı hücumçu gələcəyi haqda danışıb. "Milan"ın təcrübəli forvardı özünü yaxşı hiss etdiyi müddətdə futbol oynamağa davam edəcəyini bildirib:

"Yaşadığım zədələrdən sonra çox da irəlini düşünə bilmirəm. Fiziki olaraq özümü yaxşı hiss etsəm, futbol oynamağa davam edəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm. Ona görə də buradayam. Milli komandaya nələrsə verə biləcəyimə ümid edirəm.

İnsanlar çox yaşlı olduğumu və karyeramı bitirməyin vaxtı çatdığını deyirlər. Bu, mənə əlavə motivasiya verir. Əsəbiləşəndə əlimdən gələnin ən yaxşısını edirəm. Özümə meydan oxuyub başqa bir zirvəyə qalxmaq istəyirəm".


Xəbər xətti